Yeni idman naziri: “Bu gün heç kimi tənqid etmək istəmirəm”

28 Oktyabr 2021 16:20 Tokio-2020 13 469
Yeni idman naziri: “Bu gün heç kimi tənqid etmək istəmirəm”

“XXXII Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının az medal qazanmasının səbəbləri araşdırılır”.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O bildirib ki, hər bir idman növünün özəlliyi və gözləntiləri var:

“Biz bu barədə qlobal da danışa bilərik. Amma Oyunlardan əvvəl idmançılarımızdan, federasiyalardan hansı gözləntilərimizin olması da diqqətdə saxlanılmalıdır. Bu problemləri araşdıracağıq. Hazırda bir söz demək çətindir".

Qayıbov Rio-2016 ilə müqayisədə Tokio-2020-də medal sayının az olma səbəbinin nədən qaynaqlandığına baxmağın gərəkliyini vurğulayıb:

"Qəflətən nə isə demək çətindir. Aydın olan səbəblər var idi, göz qabağında idi. Müəyyən işlər də var ki, üzərində çalışmaq lazımdır. Bu gün heç kimi tənqid etmək istəmirəm. Biz bundan sonra gələcəyə baxmalıyıq”.

Azərbaycan idmançıları Tokio-2020-də 7, Rio-2016-da 18 medal qazanıb.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı