Yığmamızdan daha bir…

7 İyun 02:24 Tokio-2020 285
Yığmamızdan daha bir…

Boks üzrə Azərbaycan milli komandası Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Tokio-2020 Yay Olimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb.

Sportinfo.az xəbər verir ki, yığmanın üzvü Məhəmməd Abdullayev Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.

+91 kq çəki dərəcəsində mübarizə aparan boksçu ukraynalı Tsotne Roqavanı məğlub edib.

Daha əvvəl Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqes (81 kq) də Avropa Olimpiya Təsnifat Turnirində Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər Lenti