Hacı Azərbaycana 16-cı lisenziyanı qazandırdı

19 Mart 2021 02:10 Tokio-2020 655
Hacı Azərbaycana 16-cı lisenziyanı qazandırdı

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Sportinfo.az xəbər verir ki, komandamıza növbəti vəsiqəni sərbəst güləşçi Hacı Əliyev qazandırıb.

30 yaşlı üçqat dünya çempionu Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.

65 kq çəki dərəcəsində mübarizə aparan güləşçi 1/2 finalda Maksim Sakultandan (Moldova) üstün olub. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əliyev təsnifat yarışında həlledici görüşə də vəsiqəyə yiyələnib.

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 16-ya çatıb. Əliyevdən öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadniklə (50 kq) Şərif Şərifov (97 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da Tokio-2020-yə lisenziyaya sahib olublar.

Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib. Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı