"SUMQAYIT": "Yolları ayırmırıq, yolumuza davam edirik"

29 May 2020 12:44 Sumqayıt 789
"SUMQAYIT": "Yolları ayırmırıq, yolumuza davam edirik"

«Klubumuzun rəhbərliyi onun fəaliyyətindən razıdır və əməkdaşlığın davam etdirilməsini istəyir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

O, akademiyanın baş koordinatoru Hakan Sünalın Azərbaycanı tərk etməyəcəyini bildirib. Press-ateşe Almaniyadan dəvət olunan türk funksionerin öz vəzifəsinin öhdəsindən gəldiyini söyləyib:

«Hakan Sünalla bağladığımız müqavilə ikiillikdir. Onunla yolları ayırmağımız müzakirə mövzusu deyil. Sünal gələndən sonra akademiyamızın fəaliyyəti kifayət qədər canlanıb və güclənib.

Aşağı yaş qrupları üzrə komandalarımızın ölkə çempionatında qazandığı nəticələr yaxşılaşıb. Bunu mən yox, statistika deyir. Sünalın işinə qiymət vermək üçün həmin statistikaya baxmaq lazımdır».

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR