Premyer Liqa təmsilçisinin 2 legioneri millilərə çağırıldı - FOTO

14 Mart 03:20 Sumqayıt 415
Premyer Liqa təmsilçisinin 2 legioneri millilərə çağırıldı - FOTO

“Sumqayıt”ın iki xarici futbolçusu öz ölkələrinin milli komandalarına dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi Ronaldo Vaskez 22 və 26 mart tarixlərində Puerto Riko ilə yoxlama oyunları keçirəcək Dominikan Respublikası yığmasına çağırılıb.

Tresor Mossi isə dünya çempionatının seçmə mərhələsində 21 mart tarixində Fildişi Sahili, 25 mart tarixində Seyşel adaları ilə qarşılaşacaq Burundi yığmasına dəvət alıb.

"Sumqayıt" hər iki futbolçusuna uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq