Cüdoçu, ikiqat Paralimpiya çempionu, üçqat dünya çempionu, səkkizqat Avropa çempionu İlham Zəkiyev “Sumqayıt” klubuna dəstək nümayiş etdirib.
Məşhur sumqayıtlı idmançı Premyer Liqanın 34-cü turunun “Sumqayıt” – “Səbail” matçından əvvəl azarkeşlərə çağrış edib.
O, hər kəsi bazar günü Bayıl təmsilçisi ilə qarşılaşmada şəhərin tək komandasını tək qoymamağa çağırıb.
Xatırladaq ki, çempionatın sonuna 3 tur qalmış “Kimyaçılar” 51 xalla 4-cü pillədə qərarlaşıb.
Komandanı ikinci sıradan cəmi 2 xal ayrırır.
“Gənclik şəhəri” tarixində 3-cü dəfə avrokuboklara, 2-ci dəfə medal qazanmağa çox yaxındır.
XANOĞLAN / SPORTİNFO.AZ