Azərbaycanlı futbolçuların təzyiqi Premyer Liqanın legionerin bu addımı atmağa vadar etdi

29 May 19:00 Sumqayıt 965
Azərbaycanlı futbolçuların təzyiqi Premyer Liqanın legionerin bu addımı atmağa vadar etdi

35-ci turun qalmaqallı olayı “Qarabağ” – “Sumqayıt” görüşündə (1:2) yaşandı.

Belə ki, oyunun gedişində qonaqların futbolçusu Todor Todoroski Ramil Şeydayevə “Azərbaycanlı futbolçular ağılsızdır” ifadəsini işlədib (təhqir daha sərt olub).

Bundan qəzəblənən Şeydayev final fitindən sonra paltardəyişmə otağının önündə Şimali Makedoniyadan olan futbolçunun önünü kəsərək azərbaycanlı futbolçuları təhqir etməsinə görə onun üzr istəməli olduğunu bildirib.

“12 nömrə” Şeydayevin tələbinə məhəl qoymayıb.

Amma məsələ bununla da bitməyib.

Gecə saatlarına kimi həm komanda yoldaşları, həm də rəqib komandaların yerli futbolçuları Todora ciddi narazılıqların bildirib.

Yol verdiyi yanlışın fərqinə varan əcnəbi müdafiəçi israrla elə demədiyini, amma elə başa düşülübsə “üzr istəyirəm” – deyə bildirib.

Yalnız bundan sonra yerli futbolçular sakitləşib.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu