Azərbaycan millisi Avropanı silkələməyə davam edir - VİDEO

5 İyun 2024 22:20 Sportinfo TV 3 094
Azərbaycan millisi Avropanı silkələməyə davam edir  - VİDEO

Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında Bolqarıstan yığmasına 3:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov millimizin möhtəşəm çıxışı haqda danışıb. Deyib ki, federasiya rəhbərliyindən məşqçilərinə, məşqçisindən futbolçularına qədər hər birini ayrı-ayrılıqda təbrik edirik. Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovu, federasiyanın icraçı vitse-prezidenti Taleh Nəsibovun gördüyü işlər təqdirəlayiqdir.

Millimiz qitə birinciliyinə mükəmməl şəkildə hazırlaşıb. Taktiki, mental olaraq buna çox inanıblar: "İki fərqli milli izlədik. Qrup mərhələsi və ondan sonrakı period. Məşqçi işinin yüksək səviyyədə icrasının şahidi olduq. Elşad Quliyev və məşqçilər korpusuna yağlı "5" düşür. Yəni, bu hələ potensialını tam göstərməyən komandamızdır. Çünki rəqiblər də komandamızı diqqətlə izləyirlər. İnşallah, yenidən çempion olaraq Vətənə dönərik. Amma nəticə necə olursa olsun, minifutbolçularımızın çıxışı, işə yanaşma tərzini alqışlamaq lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var