“Sportinfo TV“nin tanınmış siması “A Spor“da “Qarabağ“dan elə sözlər dedi ki… VİDEO

8 Oktyabr 2022 15:00 Sportinfo TV 4 274
“Sportinfo TV“nin tanınmış siması “A Spor“da “Qarabağ“dan elə sözlər dedi ki… VİDEO

Sportinfo TV-nin aparıcı-eskperti Elçin Cəfərov Türkiyənin ən nüfuzlu idman kanalı “A Spor”da “Sabah sporu” verilişinə qatılıb.

Aparıcı Demet Gedik tanınmış jurnalistə əvvəlcə “Qarabağ”ın Avropada uğurlu çıxışı barədə suallar verib.

Elçin Cəfərov deyib ki, “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan futbolunda, onun Avropada sözünü deməsində fövqəladə işlərə imza atmaqdadır:

“İllər öncə klub rəhbərliyi tərəfindən qurulan düzgün strategiya bu gün nəticələri verməkdədir. Bu gün “Qarabağ” Azərbaycanın ən populyar, sevilən futbol klubudur.

Elə Azərbaycanın sərhədlərindən kənarda da ən çox tanınan futbol komandamız məhz “Qarabağ”dır. Bu uğura isə gərgin zəhmət, əzmlə çalışmaq nəticəsində nail olunub.

Azərbaycan futbol tarixində ardıcıl 9 mövsümdür avrokuboklarda qrup mərhələsində oynayan Ağdam klubu məqsədyönlü fəaliyyət nəticəsində nail olub“.

Aparıcının Qurban Qurbanova “İmperator” ləqəbinin verilməsi ilə bağlı sualına isə Elçin Cəfərov belə cavab verib:

“Məhz Qurban Qurbanovun sayəsində illərdir "Qarabağ” təkcə futbol oynamadı, eyni zamanda, getdiyi hər ölkədə Qarabağ həqiqətlərini dünyaya çatdırdı, işğal altında olan şəhəri - Ağdamı təmsil etdiyini hamı bildi. Y

üz milyonların qarşısında nümayiş etdirdiyi oyunla döyüşkən və cəsarətli komanda olduğunu, döyüşkənliyin hər bir azərbaycanlının ruhunda yer aldığını göstərdi.

Türkiyənin hansı komandası ardıcıl 9 mövsüm, özü də təsnifat mərhələrini keçərək qrupa vəsiqə qazanıb? Məncə, beləsi yoxdur.

Ona görə də “Qarabağ” 2000-ci illərin “Qalatasaray”ına çox bənzədilir. Qurban Qurbanov isə Fatih Terimə”.

VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı