“Sportinfo TV”-yə qarşı ucuz piar aparanlar bilsin ki... VİDEO

4 Oktyabr 2022 19:20 Sportinfo TV 1 704
“Sportinfo TV”-yə qarşı ucuz piar aparanlar bilsin ki... VİDEO

Sportinfo TV qısa zaman kəsiyində Azərbaycanın "youtube" platformasında böyük izləyici kütləsi toplamağı bacardı.

Kanalda futbol qarşılaşmalarının taxtiki təhlili, ölkənin idman həyatında baş verən ən aktual hadisələrinə operativ şərhlər, xəbərlərin səsləndirilməsi və s. proqramlar öz əksini tapıb.

Təəssüflər olsun ki, bizi sevənlər daha çox olsa da, paxıllığımızı çəkənlər, obyektiv şərhlərimizə mane törədənlər də var.

Həmin cılız düşüncəli kəslərin trolları kanalımızı heç bir əsas göstərmədən davamlı şəkildə şikayət edərək, onu bağlamağa cəhd göstərir.

Əziz izləyicilər. "Sportinfo" Media Qrupuna daxil olan "Sportinfo TV"yə qarşı ədalətsiz və qərəz dolu kampaniyaya qarşı hər birinizi mübarizəyə səsləyirik. Çünki bu kanal bizim deyil, həm də sizindir. Biz sizin səsinizə səs veririk.

Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov bu qarayaxma kampaniyasının sifarişçilərinin buyruq qullarına səslənib, onların cəhdlərinin iflasa uğrayacağına əminliyini ifadə edib.

VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"