
Sabah Azərbaycanda yeni futbol mövsümü başlayır.
Sayca 31-ci olacaq milli çempionat bir sıra nüanslara görə əvvəlkilərdən fərqlənəcək.
5 illik aradan sonra çempionatımızda yenidən 10 komanda mübarizə aparacaq. Onlardan 4-ü bölgələri (Qəbələ, Şamaxı, Gəncə, Tovuz) təmsil edəcək.
Bu isə Azərbaycan premyer liqasının "Bakı birinciliyi" statusundan qurtulması deməkdir.
Həmçinin ilk dəfə Azərbaycan futbolunda oyunlar zamanı VAR sistemindən istifadə olunacaq. Və nəhayət, bu, Ramin Musayevin istefasından sonra PFL-in yeni rəhbərin başçılığı altında keçirəcəyi ilk yarış olacaq.
Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetində bu və digər məsələlər haqqında danışıb.
Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz: