Bursalılar Toralı dünya ulduzuna bənzətdilər - Onun üçün əldən-ayaqdan gedirlər!

16:40 Sizdən Bizə 204
Bursalılar Toralı dünya ulduzuna bənzətdilər - Onun üçün əldən-ayaqdan gedirlər!

Daha bir azərbaycanlı futbolçu karyerasını ölkə xaricində davam etdirəcək.

“Qarabağ”ın hücumçusu bu ilin əvvəlində ABŞ təmsilçisi “Kolombus Kryu”ya üz tutmuşdusa, növbəti sərnişin Toral Bayramov olub.

25 yaşlı sol cinah müdafiəçisi qardaş ölkə Türkiyənin “Bursaspor” klubu ilə anlaşıb.

I Liqaya vəsiqə qazanan “ağ-yaşıllar” Toralın keçidini sosial şəbəkə hesablarında elan edib ki, yerli azarkeşlər bu keçidi toy-bayrama çevirib. Futbolsevərlər Bayramovun vurduğu baxımlı qollara aşiq olub.

Türkiyəli fanatların Azərbaycan millisinin üzvü barədə yazdığı şərhlərin bir hissəsini təqdim edirik:

“Camiəmizə xeyirli olsun. Başqanımız çox yaxşı heyət qurur”.

“Sol cinah müdafiəçisi olmasına baxmayaraq, çox sayda qolu və assisti var. Maşallah, göz dəyməsin”.

“Maşallah, azəri qardaşımıza. Ayağına daş dəyməsin, inşallah. Təbriklər, böyük başqan. “Bursa”ya belə transferlər yaraşır”.

“Vurduğu möhtəşəm qollara baxdım. O qollardan birini Bursada vursun, stadion yerindən oynasın”.

“Tanıyıram, “Qarabağ”da oynayırdı. Maşallah olsun, Super Liqaya yüksələcək heyət qurulur”.

“Videolarından keyfiyyət qoxusu gəlir”.

“Texnikalı, sürətli və sol ayağı işlər oyunçudur. Əsas odur Avropa təcrübəsi var”.

“Bayramov Namiq Ələsgərovdan sonra ikinci azəri oyunçumuz oldu. “Qarabağ”dakı qollardan “Bursaspor” üçün də vurar, inşallah”.

“185 sm boyu ilə fiziki cəhətdən güclüdür. Eyni zamanda çevik və texniki bacarıqları yüksək olan oyunçudur. Həm müdafiənin, həm də yarımmüdafiənin cinahlarında oynamağı bacarır. Hücum qatqısı çox yüksəkdir. Cinahda daim irəli çıxır, qapı qarşısına iti ötürmələr verir. Topu ayağında çox yaxşı aparır. Uğur olsun!”

“Meydanın bütün mövqelərində çıxış etməyi bacarır. İkinci hücumçu kimi də şans versən, öhdəsindən gələcək. Videolarına baxdım, çox bəyəndim”.

“Azərbaycanlı Roberto Karlosumuza xeyirli olsun. Tribunaları coşduracağına inanırıq”.

“Bursaspor”un ulduzu olacağına şübhə etmirəm. Satışından yaxşı pul qazana bilərik. Tam bir Super Liqa səviyyəsində futbolçudur”.

“Qarabağ”ın heyətində 5 dəfə Azərbaycan çempionu, 2 dəfə Azərbaycan kubokunun qalibi adını qazanmış Toral Bayramov “köhlən atlar”ın heyətində bütün turnirlərdə meydana çıxdığı 250 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti