Mahir niyə AĞLAYIB?

17 Aprel 2025 20:20 Sizdən Bizə 2 342
Mahir niyə AĞLAYIB?

Almaniya mətbuatı II Bundesliqanın 29-cu turunda “Nürnberq”in “Kayzerslautern” üzərində qazandığı (2:1) qələbəsini şərh edərkən, qonaqların ikinci qolunu vuran komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin çıxışını da qeyd ediblər.

Sportinfo.az xəbər verir ki, “Bild” nəşri Emrelinin 160 gündən sonra qol vurmasını xüsusi qabardıb:

"Final fitindən sonra Miroslav Kloze qələbəni göz yaşları içində qeyd etdi. Çünki Betzenberqə qayıdışı çox emosional hadisə idi.

Kloze səfərdə qazandığı qələbə üçün nəfərə xüsusilə təşəkkür etməlidir: Yan Reyxert, Mahir Emreli və Fabio Qruber.

“Nürnberq”dəki problemlərin həlli üzrə mütəxəssis yenidən manşetlərdədir. Mahir Emreli yüksək səviyyəli oyun nümayiş etdirərək, 68-ci dəqiqədə komandasının ikinci qolunu vurdu.

Bu, onun 160 gündə ilk qolu idi (sonuncu dəfə Hamburqda qol vurdu). Əvvəlcə azərbaycanlı cinah hücumçusu Farid Alidi qabaqladı, sonra topu dəqiqliklə küncə göndərdi”.

Mahir özü epizodu belə şərh edib: "Hiss etdim ki, mənim zərbə mövqeyimdir.

Qapıya doğru tərs mövqedə olsam da, top sol ayağımda idi və zərbə endirdim".

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"