"O, indiyədək işlədiyim ən yaxşı baş məşqçilərdən biridir"

3 Mart 2023 11:00 Sizdən Bizə 684
"O, indiyədək işlədiyim ən yaxşı baş məşqçilərdən biridir"

"De Byazi indiyədək işlədiyim ən yaxşı baş məşqçilərdən biridir".

Sportinfo.az xəbər verir ki, bunu Albaniya millisinin və "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli yığmadakı çıxışı barədə danışarkən deyib.

Veteran həmin dövrü yaxşı xatırladığını və heç vaxt unutmayacağını bildirib:

"Çox gözəl xatirələrim var və onlar ömrümün sonuna kimi mənimlə qalacaq. Yaranan yeni komanda artıq təcrübə toplayıb.

Onlar yeni çağırışlara hazır olmalıdırlar. Ümid edirəm ki, yığma indi bizim dövrümüzdən də yaxşı çıxış edəcək, futbolçular daha keyfiyyətli olacaqlar.

AVRO-2016-nın seçmə mərhələsinə yaxşı başladıq, xeyli irəliləyiş oldu, Serbiya ilə matç futbolda və millidə çox şeyi dəyişdi.

Azarkeşlərdən kifayət qədər mənəvi dəstək aldıq. Final mərhələsinə çıxmağımızın səbəblərindən biri də məhz bu idi".

Ansi Aqolli "Qarabağ"ın formasını 2010-2019-cu illərdə geyinib. O, 2011 - 2017-ci illərdə Canni De Byazinin rəhbərliyi altında Albaniya yığmasında çıxış edib.

İtaliyalı mütəxəssis hazırda Azərbaycan millisinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti