
“Sauthempton”un məşqçisi Ruben Seles Danimarka mətbuatına danışıb.
Sportinfo.az xəbər verir ki, “Hampshire Live” portalına açıqlama verən ispaniyalı mütəxəssis “Neftçi” və “Qarabağ”da çalışdığı dönəmi də xatırlayıb:
“Orhus” və “Kopenhagen”də keçirdiyim dörd il ərzində Danimarkada çox şey öyrəndim. Avropada çətinlik çəkən komandanı necə çalışdıracamı öyrəndim.
Azərbaycanda bir neçə il işlədikdən sonra Danimarkaya gəlmişdim. Ona görə də hər şey bir az fərqli idi.
Skandinaviya və Danimarka mədəniyyətini bəyənirəm. Orada ailəmlə çox yaxşı vaxt keçirdik”.