Paytaxt klubu sabah qərar verəcək - olar, ya olmaz

23 Oktyabr 2021 23:20 Şamaxı 882
Paytaxt klubu sabah qərar verəcək - olar, ya olmaz

"Keşlə"nin zədəli oyunçusu Rəhman Hacıyev hələ də tam sağalmayıb.

Sportinfo.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi bir neçə gün əvvəl komanda ilə məşqlərə qoşulsa da, məşqçilər korpusuna ağrılar hiss etdiyini bildirib.

Təcrübəli oyunçunun "Qəbələ" ilə matçda meydanda olması sual altındadır. Bu barədə oyun günü qərar veriləcək.

Rəhman Hacıyev zədə səbəbindən "Keşlə"nin ötən tur "Səbail"lə baş tutan qarşılaşmasında komandasına kömək edə bilməmişdi.

"Keşlə - "Qəbələ" qarşılaşması sabah 16:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 18:50 Çək və bizə göndər!