COP29

Azərbaycan klubunun himayədarı niyə onu baş məşqçi postuna gətirmək istəyir?

5 Noyabr 14:40 Səbail 1 752
Azərbaycan klubunun himayədarı niyə onu baş məşqçi postuna gətirmək istəyir?

"Səbail"in Müşahidə Şurasının iclası olacaq.

Sabah keçirilməsi planlaşdırılan toplantıda yeni baş məşqçi ilə bağlı müzakirə aparılacaq.

Premyer Liqa təmsilçisi "Kəpəz"ə uduzduğu (0:1) XII turun matçından sonra Şahin Diniyevlə vidalaşıb. 58 yaşlı mütəxəssis 2022-ci ilin dekabrından Bayıl klubunda işləyib.

Tərlan Əhmədov artıq namizədlər siyahısından çıxarılıb. Ona münasibətdə ciddi fikir ayrılığı yaranmayıb.

Şuranın əksər üzvləri ilyarımdır işsiz qalan mütəxəssisin gəlişinin əleyhinədir. Adil Şükürovun təyinatını isə yalnız Firuz Abdulla istəyir.

İcraçı direktor sentyabrın əvvəlində "Kəpəz"dən ayrılmış çalışdırıcının burada uğurlu ola biləcəyinə inanır.

Şuranın sədri Rauf Vəliyevin fikrində olan şəxs isə Cavid Hüseynovdur. Hazırda "Turan Tovuz"da Kurban Berdiyevin köməkçisi işləyən Hüseynovla onun bir neçə ilə söykənən tanışlığı var.

Böyük ehtimalla, Diniyevi elə Vəliyevin namizədi əvəzləyəcək. Axı ikisi də cəbrayıllıdır.

Digər tərəfdən, Vəliyev və dostları ötən mövsüm Hüsmeynovun çalışdırdığı "Cəbrayıl"a maliyyə dəstəyi verib.

"Səbail" hazırda çempionatda 7 xalla 9-cu pillədə qərarlaşıb. Autsayder "Kəpəz"dən cəmi 1 xal çox toplayıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!