Premyer Liqa təmsilçisinin baş məşqçisi istefa qərarı verdi - SON DƏQİQƏ

28 Sentyabr 2024 13:00 Səbail 9 350
Premyer Liqa təmsilçisinin baş məşqçisi istefa qərarı verdi - SON DƏQİQƏ

Mövsümə uğursuz start verən "Səbail"in baş məşqçisi Şahin Diniyev istefa qərarı verib.

O, Premyer Liqanın 8-ci turunda "Araz Naxçıvan"a məğlubiyyətdən (2:3) sonra bu fikrə gəlib.

Təcrübəli mütəxəssis ardıcıl 4 məğlubiyyətdən sonra getməyin doğru olduğunu dilə gətirib.

Lakin onun korpusunda yer alan digər məşqçilər Diniyevi fikrindən daşındırıblar.

Onlar baş məşqçini inandırıblar ki, getmək qərarı hələ tezdir.

Bir qədər də gözləsək, müsbət nəticələr gələcək.

Xatırladaq ki, "Səbail"in 8 turdan sonra aktivində cəmi 4 xalı var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!