COP29

“Qarabağ”ı udmaq çətindir, bunun üçün əlimizdən gələni edəcəyik”

28 Sentyabr 01:50 Səbail 2 106
“Qarabağ”ı udmaq çətindir, bunun üçün əlimizdən gələni edəcəyik”

“Çətin oyun oldu. “Səbail”ə qarşı səfərdə oynamaq həmişə çətindir.

Qazonun süni olması da öz təsirini göstərir.

Bununla belə, vacib qələbə qazandıq. Uğurlu çıxışımızı davam etdirməliyik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Anatoli Nuriyev Premyer Liqasının 7-ci turunda “Səbail” üzərində 4:2 hesablı qələbə qazandıqları görüş barədə danışarkən deyib.

O, qapılarında gördükləri erkən qolun komandada psixoloji gərginlik yaratmadığını bildirib: “Komanda erkən qoldan sonra özünü itirmədi, tez toparlandı. Cavab qolunu da erkən vurduq. Daha sonra qolların ardı gəldi. Pis o oldu ki, ilk yarının sonuna yaxın qapımızda 2-ci qolu gördük. Bu səbəbdən də fasilədən sonra işimiz bir qədər çətin oldu”.

Nuriyev geridə qalan ilk 7 turu komandası üçün normal dəyərləndirib: “Hazırda oyunlar çətin keçir, çoxlu hava mübarizələri olur, standart vəziyyətlərdən xeyli qollar vurulur. Çox vuruşmaq lazımdır. Ümumi götürəndə ilk 7 turda pis çıxış etmədik. Bu da sevindiricidir”.

28 yaşlı futbolçu ötən mövsümlə müqayisədə çempionatın səviyyəsində dəyişiklik olduğunu vurğulayıb: “Keçən il çempionat daha maraqlı idi. Mövqelər üzrə daha gərgin mübarizə gedirdi. Amma ola bilər ki, mövsümün gedişində vəziyyət dəyişsin. Çünki hələ çempionatın əvvəlidir, cəmi 7 tur oynanılıb. Heç nə həll olunmayıb”.

O, növbəti turda səfərdə “Qarabağ”ı məğlub etməyə çalışacaqlarını qeyd edib: “Maraqlı qarşılaşma olacaq. Qələbəyə oynayacağıq. Təbii ki, “Qarabağ”a qalib gəlmək çətindir. Amma bunun üçün əlimizdən gələni edəcəyik”.

A.Nuriyev “Qarabağ”ın hazırda daha güclü olduğunu söyləyib: “Prinsipcə, “Qarabağ” hər il daha güclü görsənir. “Səbail”lə oyunlarına baxmışam. Düzdür, “Qarabağ” 2:1 hesabı ilə qalib gəldi. Amma qol şansları çox yaradırdılar. Bu səbəbdən biz də onlarla görüşdə müdafiədə çox diqqətli olmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti