Azərbaycan futbolunda maraqlı olay – Həkimə sarı vərəqə göstərildi

30 Avqust 2024 23:40 Səbail 2 378
Azərbaycan futbolunda maraqlı olay – Həkimə sarı vərəqə göstərildi

“Səbail” – “Kəpəz” görüşündə (4:0) maraqlı hadisə yaşanıb.

Baş hakim Rauf Allahverdiyev meydan sahiblərinin rəsmisini vərəqə ilə cəzalandırıb.

75-ci dəqiqədə Ayman Bouali yerdə qalaraq həkim müdaxiləsinə ehtiyac duyub. Sağlıq əməkdaşları meydana daxil olandan az sonra referi ilə “Səbail”in həkimi Natiq Süleymanovun arasında mübahisə yaşanıb.

Həkimlə hakimin sözü düz gəlməyincə, ixtiyar sahibi təbibə “sarı” göstərib və protokolda vərəqənin motivini “hakimin qərarına etiraz” kimi göstərib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!