COP29

Rusiyada yaşayan gürcü Azərbaycan millisinə təklif olundu

7 Yanvar 2017 13:12 Sambo 1 061
Rusiyada yaşayan gürcü Azərbaycan millisinə təklif olundu

Rusiyalı qadın cüdoçu Kseniya Tuquşi Azərbaycan millisinə təklif olunub. Sportinfo.az xəbər verir ki, qonşu ölkənin Şimal-Qərb Federal Dairəsində cüdonun inkişafına cavabdeh olan əslən azərbaycanlı məşqçi Elman Qurbanov məlumat verib.

O bildirib ki, yetirməsi olan 23 yaşlı idmançının keçidi ilə bağlı hazırda danışıqlar gedir: "Tuquşi milliyyətcə gürcüdür, 48 kq çəki dərəcəsində iki dəfə Rusiya çempionatının bürünc mükafatçısı, gənclər arasında Rusiya Kubokunda gümüş və bürünc mükafatçı olub, Avropa Kubokunda çıxış edib.

Bilirəm ki, Azərbaycanda qadın cüdoçulara böyük ehtiyac var. Mən də öz ölkəmə əlimdən gələn köməyi göstərmək üçün yetirməm olan Kseniyanı təklif etmişəm. Hazırda Azərbaycan Cüdo Federasiyası ilə danışıqlar gedir. Alınsa, onu Bakıya gətirəcəyəm".

Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!