Mirzəyev onu Moskvada kimin güllələdiyini dedi - VİDEO

6 Yanvar 2017 10:36 Sambo 1 278
Mirzəyev onu Moskvada kimin güllələdiyini dedi - VİDEO

Moskvada silahlı hücum nəticəsində xəstəxanaya yerləşdirilmiş MMA döyüşçüsü Rəsul Mirzəyev cinayətkarlardan birini şəklindən tanıyıb. Sportinfo.az xəbər verir ki, bu haqda REN TV məlumat yayıb.

Telekanal qeyd edib ki, zərərçəkənin döyülməsində hansısa Kamil A. şübhəli bilinir. Vurğulanıb ki, onlar tanışdırlar və döyülməyə qıza görə onlar arasında yaranmış mürəkkəb münasibətlər səbəb ola bilərdi.

Mirzəyevə 31 dekabr gecəsi Moskvanın Vostoçnaya küçəsində hücum edilib. O, travmatik tapançadan açılan atəşlə yaralanıb və xəstəxanaya yerləşdirilərək əməliyyat olunub, hücum edənlər isə qaçaraq gizləniblər. Fakt üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi qaldırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar