COP29

"Pullarını oğurlayıblar, evdən qızıl zinyət əşyalarını da götürüblər”

2 Yanvar 2017 00:34 Sambo 1 047
"Pullarını oğurlayıblar, evdən qızıl zinyət əşyalarını da götürüblər”

Rəsul Mirzəyevə sui-qəsdin yeni təfərrüatları məlum olub. "Life" nəşrinin məlumatına görə, cinayətkarlar sambo üzrə dünya çempionunun ayağını sındırmaq və onu zəncirlə boğmaq istəyiblər. “Hücum edən şəxslər Rəsulu boğmaq istəyiblər, idmançı müqavimət göstərə bilib.

Hadisə yerini tərk edəndə cinayətkarlar mənzildə tapança və zəncir qoyublar. Onlar Rəsulun pullarını oğurlayıblar. Ehtimal var ki, hücum edən şəxslər evdən həmçinin qızıl zinyət əşyalarını da götürüblər”, - nəşrin mənbəsi məlumat verib.

Dağıstanlı döyüşçünü yaşadığı binanın yaxınlığında güdmüş naməlum şəxslərin onun üz nahiyəsinə pnevmatik tapançadan bir neçə dəfə atəş açdıqları, sonra isə beysbol bitası ilə döydükləri bildirilmişdi. Sportinfo.az xəbər verir ki, hazırda Rəsul Mirzəyev əməliyyat olunub və onun həyatına heç bir təhlükə yoxdu.

Xəbər Lenti