Mirzəyevin sifətinə bir neçə-dəfə atəş açıb, sonra döyüblər

1 Yanvar 2017 15:12 Sambo 1 330
Mirzəyevin sifətinə bir neçə-dəfə atəş açıb, sonra döyüblər

Qarışıq döyüş növləri üzrə məşhur idmançı Rəsul Mirzəyevi güllələyiblər. Sportinfo.az xəbər verir ki, hadisə Moskvada baş verib. Naməlum şəxslər onu evlərdən birinin girişində gözləyiblər. Cinayətkarlar Mirzəyevin sifətinə pnevmatik tapançadan bir neçə-dəfə atəş açıblar, sonra isə onu döyüblər.

İdmançı Moskva xəstəxanalarından birinə çatdırılıb və əməliyyat olunub. Rəsul Mirzəyev 2011-ci ildə barda İvan Aqafonova zərbə endirmiş, o isə aldığı xəsrət nəticəsində dünyasını dəyişmişdi. Buna görə də Mirzəyev 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, indiyə qədər keçirdiyi 18 döyüşün 17-də qalib gəlib. Məlumata görə, Rəsul Mirzəyevin gürcü Levon Makaşvili ilə planlaşdırılan döyüşü təxirə salınacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar