Həbib yeni müqavilə bağladı

5 İyun 2019 09:48 Sambo 1 289
Həbib yeni müqavilə bağladı

Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov sözügedən təşkilatla yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə idmançının meneceri Əli Əbdül-Əziz məlumat verib.

O, sözləşmənin detalları barədə açıqlama verməsə də, Həbibin bir neçə döyüş keçirəcəyini istisna etməyib.

Rusiyalı döyüşçünün sentyabr ayının 7-də qarşılaşacağı rəqibi də müəyyənləşib.

Bu, ABŞ-dan olan idmançı Dastin Puaryedi. Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçiriləcək.

Bundan başqa, yeni müqavilədə Həbibin orta çəki dərəcəsində UFC versiyası üzrə keçmiş çempion, bu ilin fevral ayında karyerasını başa vurduğunu açıqlayan Jorj Sen-Pyerlə mümkün döyüşünün şərtləri də qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"