Həbib şərt qoydu: Əvvəlcə nəsə qazan!

15 Aprel 2019 12:48 Sambo 819
Həbib şərt qoydu: Əvvəlcə nəsə qazan!

UFC çempionu Həbib Nurməhəmmədov Konor Makreqorun revanş döyüşü ilə bağlı yazdıqlarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Konor “Tvitter”də belə yazmışdı: “Həbibin UFS-də ən yaxşı olduğu fikri ilə qətiyyən razılaşmıram.

O, 4-cü raunda qədər mənim yeganə müdafiə səddimi yara bilmirdi. Biz komandamızla birlikdə onun döyüş qabiliyyətin i yetərincə araşdırmışıq. Revanş döyüşü hər şeyi göstərəcək”.

Həbib bu döyüşün baş tutması üçün Konora şərt irəli sürüb: “Sən və sənin komandan 2016-cı ildən bəri heç nə qazanmayıb. Sən əvvəlcə nəsə qazanmalısan, ondan sonra revanş döyüşü barədə danışa bilərsən”.

Konorla Həbib arasındakı döyüş 2108-ci ilin oktyabrında keçirilib və dağıstanlı idmançı 4-cü raundda qalib gəlib. Həbib növbəti döyüşünü Dastin Poreyə qarşı keçirəcək.

Xəbər Lenti