Dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşdi

23 Mart 2019 00:00 Sambo 1 089
Dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşdi

2020-ci ildə keçiriləcək sambo üzrə dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarış Türkmənistanın paytaxtı Aşxabatda təşkil olunacaq.

Qərar Beynəlxalq Sambo Federasiyasının (FİAS) Rusiyanın paytaxtı Moskvadakı İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Aşxabat şəhəri komitə üzvləri tərəfindən yekdilliklə seçilib.

Builki dünya çempionatı 7 - 11 noyabrda Cənubi Koreyanın Seul şəhərində olacaq. Daha öncə sambo idman növü Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən müvəqqəti tanınıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"