Həbib onu döyüşə çağırdı

21 Fevral 2019 12:48 Sambo 746
Həbib onu döyüşə çağırdı

Yüngül çəkidə UFc çempionu Həbib Nurməhəmmədov kanadalı idmançı Jorj San-Peranı döyüşə çağırıb.

Sportinfo.az xəbər verir ki, Həbib bu barədə “instaqram”da yazıb.

O, kanadalı idmançıya böyük hörmət bəslədiyini də etiraf edib: “Gəl bunu noyabrda edək. Həmin döyüşdən sonra sən karyeranı bitirə bilərsən.

Mən sənin döyüşlərinlə böyümüşəm və şəxsiyyətinə də böyük hörmət bəsləyirəm. Güman edirəm ki, bunu Moskvaya səfər edərkən hiss etdin.

Oktaqonu tarixin ən güclü döyüşçülərindən biri ilə bölüşmək mənim üçün böyük şərəf olardı. Monreal, Nyu-York, Abu-Dabi və ya Moskva. Seçim sənindi”.

Nurməhəmmədovun cəza müddəti məhz noyabrda başa çatır. Bir müddət əvvəl yayılan məlumatda isə bildirilirdi ki, San-Peran karyerasını bitirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb