Nurməhəmmədov və Makreqorun revanş döyüşünün şərtləri açıqlandı

2 Fevral 2019 20:12 Sambo 956
Nurməhəmmədov və Makreqorun revanş döyüşünün şərtləri açıqlandı

UFC prezidenti Dane Uayt rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında baş tuta biləcək ikinci döyüşün şərtlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, bu döyüşdən öncə hər iki döyüşçünün digər rəqiblərilə rinqə çıxmalı olduğunu deyib.

UFC rəhbəri amerikalı Donald Serronu Makqreqora, digər amerikalı döyüşçü Toni Ferqusonu isə Nurməhəmmədova uyğun rəqib kimi görür.

"Bu iki döyüş baş tutduqdan sonra Nurməhəmmədovla Makqreqorun revanşı mümkün olacaq", - deyə Dane Uayt bildirib.

Həbiblə Konor arasında daha əvvəl baş tutan döyüş Nurməhəmmədovun qələbəsi ilə başa çatmış, daha sonra o, rinqdən çıxaraq Makqreqorun komandasının üzvlərinə hücum çəkmişdi.

Bu səbəbdən Həbib 9 ay müddətinə döyüşlərdən diskvalifikasiya olunub və yarım milyon dollar məbləğində cərimələnib,

Konor isə uyğunsuz davranışlarına görə 6 aylıq diskvalifikasiya edilib və 50 min dollar cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"