Həbib Nurməhəmmədov UFC reytinqində ikinci pilləyə yüksəldi

12 Oktyabr 2018 00:30 Sambo 768
Həbib Nurməhəmmədov UFC reytinqində ikinci pilləyə yüksəldi

Rusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində 8-ci yerdən 2-ci pilləyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı döyüşçü buna ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanaraq, çempion titulunu qoruması sayəsində nail olub.

Görüşün 4-cü raundunda rəqibin boğma fəndindən sonra təslim olan K.Makqreqor isə 2-ci sıradan 8-ci yerə enib.

Reytinqdə ilk sırada amerikalı Deniel Kormye qərarlaşıb. Onun həmyerlisi Ti Cey Dillaşou isə 3-cü pillədədi.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”