COP29

Erməni güləşçi: “Həbib dostumdu, Ermənistana hörməti var”

10 Oktyabr 2018 10:48 Sambo 1 161
Erməni güləşçi: “Həbib dostumdu, Ermənistana hörməti var”

"Həbib Nurməhəmmədov qarışıq döyüş növlərinin canlı əfsanəsi, məğlubiyyət bilməyən döyüşçüdü.

O, mənim dostumdu, Ermənistana da hörməti var".

Sportinfo.az xəbər verir ki, erməni güləşçi, sosial şəbəkələrdə “Maestro Miqran” kimi tranınan Miqran Edikoviç Harutyunyan İnstagram profilində belə yazıb.

Ermənistanın Eçmiədzin şəhərində doğulmuş 29 yaşlı Harutyunyan Rusiya vətəndaşlığını qəbul edib. O, ötən ilin avqustun 30-da abxaz müğənni Maktina Bebiya ilə evlənib.

Yunan-Roma güləşi ilə məşğul olmuş M.Harutyunyan 2015-ci ildə Bakıda keçirilmiş 1-ci Avropa Oyunlarında və 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiya Oyunlarında 66 kq çəki dərəcəsində gümüş medallar qazanıb.

M.Harutyunyan hazırda qaydasız döyüşlə məşğul olur və UFC turnirlərində çıxış edir. O, UFC çempionu Həbib Nurməhəmmədovla “çox əla münasibətlər”inin olduğunu deyir.

M.Miqranyan Dağlıq Qarabağdakı terrorçu rejimin fəal təbliğatçılarından biri kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında sürəkli olaraq Dağlıq Qarabağı “müstəqil dövlət” kimi qələmə verir.

Erməni güləşçi:

Erməni güləşçi:

Erməni güləşçi:

Erməni güləşçi:

Erməni güləşçi:

Xəbər Lenti
11 May 02:10 Mariyanın son şansı
11 May 01:50 Kim kimi təhqir edir?