Yarışa gedən idmançımız faciəvi şəkildə öldü

9 Sentyabr 2018 18:58 Sambo 1 076
Yarışa gedən idmançımız faciəvi şəkildə öldü

Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü Kərimov Yusif Arif oğlunu (23.03.1984) (52 kq) bir az əvvəl maşın vurub.

Sportinfo.az xəbər verir ki, idmancımız zərbənin təsirindən hadisə yerində dunyasını dəyişib.

Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub. Hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumatı təsdiqləyib. Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar