Yığmamızın üzvünü küçədə maşın vurdu, hadisə yerində öldü

8 Sentyabr 2018 11:36 Sambo 1 509
Yığmamızın üzvünü küçədə maşın vurdu, hadisə yerində öldü

Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü Kərimov Yusif Arif oğlunu (52 kq) maşın vurub.

Sportinfo.az xəbər verir ki, 1984-cü il təvəllüldlü idmançımız zərbənin təsirindən hadisə yerində dünyasını dəyişib.

Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub. Hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumatı təsdiqləyib. Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"