“Sabah” baş məşqçisini dəyişdi - YENİ TƏYİNATLAR

24 Sentyabr 2020 14:08 Sabah 1 152
“Sabah” baş məşqçisini dəyişdi - YENİ TƏYİNATLAR

“Sabah”ın əvəzedici komandasında məşqçi dəyişikliyi gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, İlqar Mənsimov əvəzedici komandanın baş məşqçisi, Saşa Yunisoğlu və İlqar Əliyev isə köməkçi məşqçi vəzifəsinə təyin olunub.

Ötən mövsüm əvəzedici komandanın baş məşqçisi olan Rövşən Babayev bundan sonra "Sabah" Futbol Akademiyasında seleksiya xidmətinin rəhbəri vəzifəsini icra edəcək.

Əvəzedici komandaya yeni təyin olunan hər 3 mütəxəssis ötən mövsüm “Sabah”ın U-17 komandasında çalışıb. U-17 komandası 2019/20-ci il mövsümünü çempion kimi başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti