“Sabah”ı sevindirən: “Tanrıya şükür, fürsətdən yararlana bildim”

22 Sentyabr 2020 12:30 Sabah 443
“Sabah”ı sevindirən: “Tanrıya şükür, fürsətdən yararlana bildim”

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

“Sabah” bu turda səfərdə “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda keçirilən matç “Sabah”ın 2:0 hesablı qələbəsilə başa çatıb.

Sportinfo.az xəbər verir ki, qonaqların bu oyundakı qollarına 51-ci dəqiqədə Xulio Rodriqes və 90+2-ci dəqiqədə Kevin Kubemba imza atıblar.

Bu görüş hər iki futbolçu üçün əlamətdar olub. Həm Kevin, həm də Xulio “Sabah”ın heyətində rəsmi oyunlarda ilk qollarını vurublar. Kevin görüşün 87-ci dəqiqəsində əvəzetmədən oyuna çıxıb.

Kevin Kubemba: “Sabah”da rəsmi oyunlarda ilk qolumu vuraraq komandamın qalib gəlməsində rol oynadığıma görə xoşbəxtəm. Meydana çıxanda fərqlənmək üçün şansım olacağını bilirdim. Tanrıya şükür, bu fürsətdən yararlana bildim”.

Bu günə kimi “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 21 futbolçu qol vurmağa nail olub. Komandanın heyətində yüksək liqada ən çox qol vurmuş futbolçu Marko Deviçdir (9 qol).

Digər Xəbərlər
Xəbər Lenti