Azərbaycan Premyer Liqasının III turunda səfərdə “Zirə” ilə qarşılaşacaq “Sabah” hazırlıqları davam etdirir.
Sportinfo.az xəbər verir ki, “ağ-göylər“ “Bank Respublika Arena”nın ehtiyat meydançasında növbəti məşqinə çıxıb.
Bütün futbolçuların iştirak etdiyi hazırlıqda bir müddətdi zədədən əziyyət çəkən Aleksey İsayev fərdi məşq edib.
“Sabah” Premyer Liqanın 2 turundan sonra 3 xal toplayıb. Komanda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
“Zirə” – “Sabah” oyunu sentyabrın 20-də saat 18:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

