Millimizin türk yarımmüdafiəçisi azərbaycanlı xanımla nişanlanıb - VİDEO

12 Sentyabr 2020 23:20 Sabah 2 606
Millimizin türk yarımmüdafiəçisi azərbaycanlı xanımla nişanlanıb - VİDEO

"Sabah"ın və millimizin üzvü Ozan Can Kökçü azərbaycanlı xanımla nişanlanıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı türk əsilli yarımmüdafiəçinin nişanlandığı xanım Sevil Novruzovadır.

S.Novruzova 11-ci sinfi ABŞ-da, ali təhsili isə Niderlandda başa vurub. Ozan Can nişanlısının qardaşı Tamerlan Novruzovla uzun müddətdir ki, dostluq edir.

Nişan mərasimi yalnız valideynlərinin iştirakı ilə Bakıda keçirilib.

Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür. Onun "Sabah"la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Məlumat üçün bildirək ki, Ozanın kiçik qardaşı Orkun Kökçü Hollandiyanın ən güclü klublarından olan “Feyenoord”un yarımmüdafiəçisidir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu