Masazır futbolu - FOTOLAR

6 Sentyabr 2020 10:40 Sabah 900
Masazır futbolu - FOTOLAR

Premyer Liqası iştirakçıları “Sabah” və “Sumqayıt” yoxlama görüşündə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, çempionatın ilk turunda rəqiblərinə məğlub olan komandalar millilərin oyunları ilə əlaqədar yaranmış fasilədə sınaq matçına çıxıb.

Görüş "Bank Respublika Arena"da baş tutub. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etmədiyi qarşılaşma məhsuldar alınıb. İlk yarısında 4 qolun vurulduğu görüşdə sumqayıtlılar qələbə qazanıb.

Premyer Liqanın 1-ci turunda "Sabah" "Qarabağ"a (0:2), "Sumqayıt" isə "Keşlə"yə (0:1) məğlub olub. İkincilər Avropa Liqasının I təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) uduzaraq (0:2) mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti