"Sabah"ın futbolçusu İtaliyada yoxlanıldı - FOTO

3 Sentyabr 2020 09:14 Sabah 810
"Sabah"ın futbolçusu İtaliyada yoxlanıldı - FOTO

UEFA Millətlər Liqasının ilk turunda Kosovo seçməsi ilə qarşılaşacaq Moldova millisinin üzvləri oyunun keçiriləcəyi İtaliyanın Parma şəhərində koronavirus testindən keçiblər.

Sportinfo.az istinadən xəbər verir ki, analiz götürülən futbolçular arasında "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçuk da olub.

Testlərin nəticəsi hamıda mənfi çıxıb.

Moldova Kosovonun müstəqilliyini tanımadığından sentyabrın 3-dəki oyun neytral meydanda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti