Azərbaycan klubunda 57-ci əcnəbi baş məşqçi - FOTO

24 Avqust 2020 13:12 Sabah 654
Azərbaycan klubunda 57-ci əcnəbi baş məşqçi - FOTO

"Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasında debüt edib.

Sportinfo.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, 2020/21 mövsümünün ilk turunun “Qarabağ”la səfər matçına təsadüf edib.

İspaniyalının debütü 0:2 hesablı məğlubiyyətlə əlamətdar olub. Qomes ölkə çempionatları tarixinə 57-ci legioner baş məşqçi kimi düşüb. Cari mövsümün startına qədər 56 əcnəbi çempionatın güclülər dəstəsində iş başında olub.

“Sabah”ın çalışdırıcısı bu siyahıya düşən 3-cü ispaniyalıdır. Onadək iki həmyerlisi Premyer Liqa həyəcanı yaşayıb. İspaniyalıların hər ikisi 2012/13 mövsümündə debüt edib.

Karles Martorell Bakes çempionatın gedişində “Xəzər Lənkəran”ı 10 matça çıxarıb. Luis Araqon həmin mövsümün son 8 turunda “Qəbələ”nin əsas komandasına rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!