“Sabah” onu Azərbaycan futboluna tanıtdı - FOTO

24 Avqust 2020 09:14 Sabah 1 449
“Sabah” onu Azərbaycan futboluna tanıtdı - FOTO

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün 1-ci turu çərçivəsində keçirilmiş “Qarabağ”la oyun (2:0) “Sabah”ın gənc futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma 19 yaşlı yarımmüdafiəçinin Premyer Liqada ilk oyunu olub.

Baş məşqçi Visente Qomes Ceyhuna start heyətində şans verib. Gənc futbolçu qarşılaşmanın 61-ci dəqiqəsində Yevgeni Koçukla əvəzlənib.

Nuriyev “Sabah”ın əsas komandasına klubun U-19 komandasından cəlb olunub.

Digər Xəbərlər
Xəbər Lenti