“Sabah” yeni mövsüm üçün ev və səfər formalarını təqdim etdi - VİDEO

21 Avqust 2020 10:10 Sabah 651
“Sabah” yeni mövsüm üçün ev və səfər formalarını təqdim etdi - VİDEO

“Sabah”"ın 2020/21-ci illər mövsümü üçün ev və səfər formalarını təqdim edirik.

“Nike” şirkətinin istehsalı olan olan formalar göy və ağ rəngdədir.

Komanda növbəti mövsümdə ev oyunlarında göy, səfər oyunlarında isə ağ rəngli formalardan istifadə edəcək.

Sportinfo.az xəbər verir ki, yeni formaların təqdimat videosunda kapitan Ruslan Abışovla yanaşı, Bəhlul Mustafazadə, Kevin Kubemba və Ramil Şeydayev yer alıb.

“Sabah” yeni formada ilk oyununu Azərbaycan Premyer Liqasının I turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcək. Qarşılaşma avqustun 22-də saat 20:00-da “Azersun Arena”da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”