"Sabah"dan kənarlaşdırılan futbolçularla bağlı qərar verildi

19 Avqust 2020 18:34 Sabah 1 391
"Sabah"dan kənarlaşdırılan futbolçularla bağlı qərar verildi

Sportinfo.az xəbər verir ki, "Sabah"ın əsas heyətindən kənarlaşdırılan futbolçular Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev sabahdan əvəzedici komanda ilə məşqlərə başlayacaq.

Klubun Mətbuat xidmətindən verilən məlumata görə, hər üç oyunçunun ikinci komanda ilə hazırlaşmasında heç bir problem yoxdur.

Azərbaycanın U-21 yığmasının üzvləri olan Seyidovla Qasımov özləri də "Report"a məlumatı təsdiqləyiblər. Onlar deyiblər ki, klubla müqavilələri var və rəhbərliyin verdiyi qərarlara hörmətlə yanaşırlar: "Biz peşəkar futbolçularıq, əvəzedici heyətə göndərilmişiksə, gedib məşqlərimizi edəcəyik. Çünki qarşıda U-21-in matçları var. Amma istərdik ki, məsələ həll edilsin və əsas komandanın hazırlıq prosesinə qoşulaq" (report).

"Sabah" rəhbərliyi 3 illik yeni müqavilə təklifini qəbul etmədikləri üçün sözügedən oyunçuları əsas komandadan kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!