"Sabah"dan milliyə çağırıldı

18 Avqust 2020 20:40 Sabah 1 108
"Sabah"dan milliyə çağırıldı

Moldova millisinin UEFA Millətlər Liqasında yeni mövsümün ilk iki matçı üçün geniş heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, türkiyəli baş məşqçi Engin Firat 28 oyunçuya dəvət göndərib.

Heyətin yarısı legionerlərdir. Bu futbolçulardan biri də Azərbaycanda çıxış edən Yevgeni Koçukdur.

"Sabah"ın 27 yaşlı yarımmüdafiəçisi Fıratın vaxtında mütəmadi dəvət alır. Avqustun 29-da bir araya gələcək Moldova yığması sentyabrın 3-də Kosovonu qəbul edəcək, bundan 3 gün sonra Sloveniyanın qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti