“Sabah” qapısını “Qarabağ”ın üzünə qapatmadı - FOTOREPORTAJ

12 Avqust 2020 10:10 Sabah 1 436
“Sabah” qapısını “Qarabağ”ın üzünə qapatmadı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasının 2020/21-ci illər mövsümünə hazırlığı davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi “Azersun Arena”da “Qarabağ”la qarşılaşıb.

Qonaqların baş məşqçisi Visente Qomes aşağıdakı futbolçulara şans verib:

Start heyət: Saşa Stamenkoviç, Təmkin Xəlilzadə, Amin Seydiyev, Bəhlul Mustafazadə, Nikola Vuyodinoviç, Slavik Alxasov, Mario Marina, Ceyhun Nuriyev, Ozan Can Kökcü, Coşqun Diniyev, Ramil Şeydayev.
Sonradan meydana daxil olanlar: Ruslan Abışov, Filip İvanoviç, Arsen Ağcabəyov, Məhəmməd Mirzəbəyov, Neymət Musayev, Elşən Abdullayev, Təbriz İsazadə, Abdulla Xaybulayev, Abbas Ağazadə, Camal Cəfərov.

Qapalı keçirilən görüşdə "Qarabağ" 2 cavabsız qolla qalib gəlib. Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin də canlı izlədiyi görüşdə "Qarabağ"ın yeni transferi Uroş Matiç penaltidən vurduğu qolla hnsabı açıb. İkinci hissədə isə Mahir Emreli fərqi artırıb.

Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilən oyunda “Sabah” 2:1 hesablı qələbə qazanmışdı.

“Sabah” toplanış çərçivəsində həmçinin “Sumqayıt”a (1:0), “Neftçi”yə (5:2), “Qəbələ” (2:0) qalib gəlib. “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti