"Sabah" yığmanın futbolçusuna nə təklif edib ki… ŞAKİR "DÜYÜN"Ü

10 Avqust 2020 09:28 Sabah 1 325
"Sabah" yığmanın futbolçusuna nə təklif edib ki… ŞAKİR

Ayyarım öncə «Sabah»ın əsas komandasından əvəzedici heyətə göndərilən Şakir Seyidov hələ geri qaytarılmayıb.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a bildirib ki, məsələ hələ açq qalb.

Bizdə olan məlumata görə, Masazır təmsilçisi müqaviləsi gələn yay bitəcək yarımmüdafiəçiyə 3 illik yeni kontrakt təklif edib. Belə götürəndə, məqbul çağırışdır.

Hər halda Şakirin yaşı hələ 20 olmayıb və perspektivli futbolçu sayılır. Publika «Bakı»nıın yetirməsini «Sabah»dan tanımağa başlayıb və buradan da gənclər yığmasına dəvət alb.

Çox qəribədir ki, Şakir nə müqavilə müddəti, nə də maaşıyla razılaşr. Uzunmüddətli konrtakta imza atmamaqla yanaşı, əməkhaqqının bir neçə dəfə artırılmasını istəyir.

Görünür, ya başqa klubdan təklifi var, ya da «ulduz xəstəliyi»nə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti