"Sabah" özünü "Neftçi"yə göstərəcək

4 Avqust 2020 17:10 Sabah 942
"Sabah" özünü "Neftçi"yə göstərəcək

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan Premyer Liqası klublarının yoxlama oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün hazırlıq çərçivəsində “Neftçi” ilə “Sabah” üz-üzə gələcək.

Matç saat 18:00-da başlayacaq. Bu, hər iki komandanın Qəbələdəki üçüncü yoxlama görüşü olacaq.

“Sabah” bundan əvvəl “Qarabağ”a 2:1, “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. “Neftçi” isə “Sumqayıt”ı məğlub edib (3:0), Ağdam təmsilçisinə isə uduzub (0:1).

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!