"Sabah" məşhur klubun müdafiəçisinə təklif göndərib

31 İyul 2020 10:52 Sabah 1 757
"Sabah" məşhur klubun müdafiəçisinə təklif göndərib

Növbəti mövsüm avrokuboklara vəsiqə qazanmağı hədəfləyən və bu məqsədlə heyətini gücləndirməkdə davam edən "Sabah" "Domjale"dən (Sloveniya) Nikola Vuyadonoviçlə danışıqlar aparır.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, monteneqrolu müdafiəçiyə təklif göndərilib və hazırda müqavilə şərtləri müzakirə olunur. Müsahib bildirib ki, hələlik tam razılıq əldə olunmayıb.

Vuyadinoviç karyerası ərzində İspaniyada "Osasuna", Polşada "Lex", Avstriyada "Şturm" kimi klubların formasıını geyinib. 1,92 metr boya malik Nikola 2007/08 mövsümündə Sofiya MOİK-i ilə Bolqarıstan çempionu olub.

Onunla görüşmələr müsbət yekunlaşsa, bir neçə gün sonra Azərbaycana gələcək və 1 illik müqaviləyə imza atacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi