Millidən kənarda qaldı

31 İyul 2020 10:10 Sabah 873
Millidən kənarda qaldı

Moldova millisinin baş məşqçisi Engin Fırat UEFA Millətlər Liqası öncəsi 7 - 11 avqust tarixlərində keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlayıb.

Sportinfo,az xəbər verir ki, türkiyəli mütəxəssis 23 futbolçuya dəvət göndərib.

Maraqlıdır ki, son vaxtlar mütəmadi olaraq yığmaya çağırılan "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçuk bu dəfə kənarda qalıb. Əvəzində isə E.Fırat "Neftçi"nin sabiq müdafiəçisi Petru Rakunu heyətə qaytarıb.

Moldova seçməsi Millətlər Liqasında ilk oyununu sentyabrın 3-də Kosovaya qarşı keçirəcək, 3 gün sonra isə Sloveniya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!