Leysan "Sumqayıt" - "Sabah" oyununu yarımçıq dayandırdı

30 İyul 2020 20:40 Sabah 1 054
Leysan "Sumqayıt" - "Sabah" oyununu yarımçıq dayandırdı

Qəbələdə təlim-məşq toplanışında olan "Sumqayıt"la "Sabah"ın bugünkü yoxlama oyunu yarımçıq dayandırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb güclü leysan olub.

Görüşün birinci hissəsinin sonunda, hesab 0:0 olarkən baş hakim aramsız yağışa görə oyunu dayandırmalı olub. Matçın sabah 2-ci hissədən oynanılması nəzərdə tutulub.

"Sumqayıt" bunadək Avropa Liqasında digər təmsilçimiz "Neftçi"yə böyük hesabla uduzub - 0:3. "Sabah" isə ilk görüşdə Çempionlar Liqasında yarışacaq "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti